- İqtisadiyyat
- 10 Fevral 2014, 16:01
- 159
Vüqar Bayramov mənzil bazarında bahalıq yaranacağını bildirir
Tanınmış iqtisadçı ekspert Vüqar Bayramov Facebook səhifəsində paytaxtın əmlak bazarında yeni qiymət təlatümünün gözlənildiyi haqda yazıb.
İqtisadçı paytaxtda 10 min evin söküləcəyi haqda xəbərə əsasən bu 10 min insanın həm də mənzil almaq üçün əmlak bazarına axan müştəri olduğunu önə çəkir. Əmlak bazarına bu qədər müştərinin daxil olması mənzilə tələbatın yüksəlməsinə, qiymətlərin birmənalı şəkildə artmasına səbəb olacaq.
2013-cü ildən mənzil bazarında müşahidə olunan artımların bu il də davam edəcəyi vurğulanıb və keçən il mənzil bazarında artımın 12% olduğu xatırladılıb.
Şəhərin mərkəzindən kənarda 3 və daha çox, mərkəzə yaxın binalarda isə 2 otaqlı mənzillərə tələbat artacaq. Bu ilə proqnozlaşdırılan qiymət artımından ehtiyat edən potensial mənzil alıcılarının mənzilləri qiymət artımına qədər almaq istəmələrinin də bazarda bahalıq yaradacağı nəzərə çatdırırlar.
V.Bayramov mənzil bazarında süni qiymət artımının artıq müşahidə olunduğunu bəyan edib. O, Bakının yeniləşməsinin mənzil bazarında qiymət artımına gətirməməsi üçün vətəndaşlara nağd kompensasiyanın yerinə sökülən evlərin əvəzində uyğun mənzillərin verilməsini təklif edir.-05D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz