«Xalq Bank» 2016-cı ili 10 mln manat mənfəətlə başa vurub
2016-cı ildə «Xalq bank»ın aktivləri 2015-ci ilə nisbətən 5,58% və ya 88 mln 260 min manat artaraq 1 mlrd 668 mln 620 min manat olub.
Turan-ın məlumatına görə, hesabat dövründə bankın öhdəlikləri 4,36% və ya 59 mln 862 min manat artaraq 1 mlrd 430 mln 982 min manata çatıb.
Bankda 1 mlrd 98 mln 899 min manat depozit var, bunun 771 mln manatı xarici valyuta ilədir.
Hüquqi şəxslərin tələb olunanadək depozitləri 122 mln 279 min manat, fiziki şəxslərin tələb olunanadək depozitləri 78 mln 911 min manatdır.
Hüquqi şəxslərin müddətli depozitləri 200 mln 302 min manat, fiziki şəxslərin müddətli depozitləri 697 mln 405 min manat olub.
Bankın kapitalı 237 mln 638 min manata (artım 28 mln 399 min manat və ya 13,57%) çatıb.
«Xalq Bank»ın Azərbaycan Mərkəzi Bankına borcu 31 500 min manatdır.
Bank 2016-cı ili 10 mln manat mənfəətlə başa vurub. 71D
-
- Cəmiyyət
- 7 Fevral 2017 12:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz