Bakı Metropoliteni maliyyə çatışmazlığı səbəbindən dəzgah almaqdan imtina edib
“Bakı Metropoliteni” QSC universal frezer və universal torna dəzgahlarının satın alınmasına dair müqaviləni ləğv edib, deyə bu gün şirkətin tender komissiyası bildirib.
«Eskalatorların təmiri üçün lazım olan dəzgahların alınmasından maliyyə imkanlarının məhdud olması səbəbindən imtina olunur. Yerli şirkətlərdən biri ilə müqavilə ötən ilin dekabrında imzalanmışdı. Hələlik müqavilə tərəfi dəyən ziyana görə iddia qaldırmayıb», deyə tender komissiyasının üzvü Rauf Yusifov
Turan-a bildirib.
Onun sözlərinə görə, müqavilənin qiyməti 106 min manatdır. Tender 2016-cı ilin sentyabrında elan edilib.
2017-ci ildə hökumət Bakı Metropoliteninə dövlət büdcəsindən ayrılan subsidiyanı 8 mln azaldıb. Bu il subsidiya həcmi 30 mln manat olacaq. 08B
-
- İqtisadiyyat
- 7 Fevral 2017 12:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz