«Paşa Sığorta» şirkəti «BakuBus» MMC-yə bir sıra sığorta xidmətləri göstərəcək
““BakuBus” fevralın 1-də “PAŞA Sığorta” şirkəti ilə bir sıra sığorta xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlayıb”, - deyə məlumatda bildirilir.
Göstəriləcək xidmətlərə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, avtobusların kasko sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin könüllü sığortası, əmlakın bütün risklərdən könüllü sığortası daxildir.
Amma «BakuBus» qanunvericiliyə zidd olaraq, müqavilə şərtlərini açıqlamır. Turan tenderin əlaqəli şəxsi olan hüquqşünas İlqar Əcəmovla əlaqə saxlayıb. Amma o, müqavilənin müddəti və məbləğini açıqlamaqdan imtina edib.
«Bu detalları açıqlamayacağıq, çünki müqavilə şərtlərinə əsasən, məlumatlar üçüncü şəxslərə verilə bilməz», deyə o bildirib.
Qeyd etmək lazımdır ki, tenderlərin detalları açıq informasiya sayılır. Məsələn, SOCAR-la «Paşa Sığorta» arasında müqavilənin detalları açıq informasiyadır.
Qeyd edək ki, «BakuBus» MMC 2015-ci ilin 9 ayı və 2016-cı ilin I yarısının tender protokollarını nəzarət orqanına verməyib. 71D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz