Xarici ticarət dövriyyəsi 11,7% azalıb
Bu ilin 5 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi $13 mlrd olub. Bu, ötən ilin eyni dövründəkindən 11,7% azdır. Qiymət ifadəsində idxal və ixracın azalma həcmi eynidir –$850 mln
Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan ixracat həcmi ($9 480 mln) 8,6% azalıb.
Neft ixracı ($8,2 mlrd) 4,8%, neft məhsulları ixracı ($415 mln) 25,1%, qaz ixracı (189,3 mln) 45,2% azalıb. Amma karbohidrogenlər və onların emal məhsulları ($8,8 mlrd) ixrac strukturunda üstünlük təşkil edir - 93%.
İdxal həcmi 19,5% azalaraq $3,5 mlrd olub. Azalma əsasən dövlət sektorunun hesabınadır. 2013-cü ilin yanvar mayında dövlət müəssisələri $1 418 mln məbləğində mal idxal etmişdisə, bu il bu həcm $956 mln-a düşüb.
İlin əvvəlindən idxalın $1 mlrd 84 mln-u (30,8%) və ixracın 4 950 mln-u (52,2%) Avropa İttifaqının payına düşür. Xarici ticarət dövriyyəsinin müsbət saldosu $5 969 mln olub.
“Güzgü statistikası” prinsipi ilə müstəqil araşdırmalara əsasən, idxalın bir hissəsi gizlədilir və ya gömrükçülər tərəfindən dövlət büdcəsinə daxil olacaq vəsaiti mənimsəmək üçün ucuz göstərilir. Söhbət yüz milyonlarla dollardan gedir. 08D
-
- İqtisadiyyat
- 19 İyun 2014 12:53
-
- İqtisadiyyat
- 19 İyun 2014 12:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz