Xarici ticarət dövriyyəsi 18,6% azalıb
Bu ilin I rübündə Azərbaycanın xarici ticarət dövriyyəsi $5,8 mlrd olub. Bu, 2014-cü ilin eyni dövründəkindən 18,6% azdır, deyə Gömrük Komitəsi məlumat verir.
İxracat həcmi $3 mlr 383,7 mln olub və neft və qazın payı 85,86% olub. Bu, 2014-cü ilin eyni dövründəkindən 37% azdır. İxracın azalması 2014-cü ildən başlayır: ötən ilin yanvar-martında ixrac 16,5% azalıb.
DGK-nın məlumatına görə, 2015-ci ilin I rübündə Azərbaycana mal idxalı 37,6% artaraq $2 mlrd 428,4 mln təşkil edib. Xarici ticarətin müsbət saldosu $955,2 mln olub.
Dövlət sektoru idxalda 22,1%, ixracda 88% paya malik olub.
Martda $1 mlrd 49 mln məbləğində mal ixrac edilib, $721,4 mln-luq mal idxal olunub.
Ekspertlər bildirir ki, əgər devalvasiya xarici ticarət fəaliyyətinə müsbət təsir etməsə, tezliklə ticarət balansının saldosu mənfi ola bilər. Öz növbəsində bu, valyuta ehtiyatlarının tükənməsi ilə nəticələnə bilər. 08D
-
- İqtisadiyyat
- 17 Aprel 2015 14:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz