ARDNF-dən dövlət büdcəsinə transfertlər aprelin 1-i üçün ümumi mədaxilin 49,3%-i qədər olub
Azərbaycanın dövlət büdcəsi I rübdə 251 mln manat və ya ÜDM-in 2,2%-i kəsirlə icra edilib.
Maliyyə Nazirliyinin məlumatına görə, dövlət büdcəsinin gəlirləri 3 mlrd 938,8 mln manat olub. Bunun 1 mlrd 941,7 mln manatı və ya 49,3% ARDNF-dən transfertlərdir. Vergilər Nazirliyindən dövlət büdcəsinə 1594,8 mln manat vəsait təmin edilib. Dövlət Gömrük Komitəsi proqnoza 100,5 faiz əməl edərək büdcəyə 341,9 mln manat vəsait təmin edib.
2015-cü ilin üç ayında dövlət büdcəsinin xərcləri 4189,8 mln manat icra olunub. İnfrastruktur layihlərinə 911,6 mln manat, sosial layihələrə 507,7 mln manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 10,2 mln. manat vəsait sərf edilib.
Dövlət büdcəsi xərclərinin 33,0 faizi və ya 1380,6 mln manatı sosialyönümlü xərclər olub.
Müdafiə xərcləri 24,2%, səhiyyə xərcləri 7% olub. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 mlrd 438 mln manat, xərcləri 21 mlrd 100 mln manat təsdiq edilib. Kəsir 1 mlrd 662 mln manat və ya ÜDM-in 2,8%-I qədər proqnozlaşdırılır. --17D—
-
- İqtisadiyyat
- 17 Aprel 2015 13:54
-
- İqtisadiyyat
- 17 Aprel 2015 13:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz