- İqtisadiyyat
- 17 Aprel 2015, 13:54
- 146
SOCAR-ın konsolidə edilmiş borcu 7 milyard dollara çatıb
2015-ci il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) konsolidə edilmiş borcu təqribən 6,9 milyard dollar təşkil edir.
Borcun mövcud səviyyəsi SOCAR-ın maliyyə strategiyasına uyğundur, deyə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
Bank və qeyri-bank kredit strukturlarına borcdan danışan Qasımov deyib ki, auditor şirkəti bunlara nəzarət edir.
" Borc strukturunda 1,5 milyard dollar 10 illik istiqrazlardan ibarətdir. 5 illik borc 500 mln və 1 milyard dollar həcmində "SOCAR Trading"in borcudur. Daha 1 milyard dollara yaxın borcu “Petkim” şirkəti qaytaracaq”. S.Qasımov qeyd edib ki, şirkətin borcu idarə olunur, faizlər vaxtında ödənilir. –12C--
-
- İqtisadiyyat
- 17 Aprel 2015 13:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz