- İqtisadiyyat
- 17 Aprel 2015, 13:51
- 140
2015-ci ildə SOCAR-ın kapital qoyuluşu 1 mlrd manata yaxın olacaq
2015-ci ildə SOCAR-ın kapital qoyuluşu 1 mlrd manata yaxın olacaq, deyə şirkətin vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə bildirib.
«Sərmayələr Azərbaycanda SOCAR-ın həyata keçirilən layihələrinə yatırılacaq: "Bu vəsaitlər yeni quyuların qazılması üzrə işlərin yetirilməsi, platformaların tikintisi, qaz boru kəmərlərinin salınması, qazlaşdırma işləri üçün nəzərdə tutulub. Bütün bunlar neft və qaz hasilatını sabit səviyyədə saxlamaq məqsədilə həyata keçirilir", deyə o bildirib.
«Bundan başqa, prioritetlərdən biri neft emalı obyektlərinin yenidən qurulmasıdır. Birinci mərhələdə “Azərneftyağ”ın fəaliyyəti dayandırılıb onun bir sıra qurğularıı H.Əliyev adına NEZ-ə veriləcək. H.Əliyev adına NEZ-də yüksək keyfiyyətli neft məhsulları istehsal etmək üçün bie neçə müasir qurğu tikiləcək», - deyə Qasımov bildirib.
O deyib ki, SOCAR H.Əliyev adına NEZ-in yenidən qurulması barədə qərar qəbul edilib. –12C--
-
- İqtisadiyyat
- 17 Aprel 2015 13:50
-
- İqtisadiyyat
- 17 Aprel 2015 13:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz