Avtomobil idxalı iki dəfə azalıb
Bu ilin I rübündə Azərbaycana 10 min 35 ədəd avtonəqliyyat vasitəsi gətirilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 55,5% azdır.
Deyilən dövrdə xaricdən 9 256 minik avtomobili alınıb. Bu, ötən ilin eyni dövründəkindən 11 min 49 ədəd azdır.
Avropa Oyunları ilə bağlı ilin əvvəlindən 203 avtobus alınıb. Onlar əsasən şəhərin qonaqlarına xidmət edəcək.
Yük avtomobillərinin (500 ədəd) və xüsusi təyinatlı nəqliyyat vasitələrinin (76) idxalı 4 dəfə azalıb.
Qeyd edək ki, bu ildən Azərbaycanda avtonəqliyyat vasitələrinin idxalı üzrə aksiz dərəcəsi artırılıb. Bu isə idxalçıların xərclərinin artması ilə nəticələnib. 08D
-
- İqtisadiyyat
- 17 Aprel 2015 13:57
-
- İqtisadiyyat
- 17 Aprel 2015 14:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz