Əhalinin rüblük gəlirləri ötən ilin orta göstəricisindən azdır
Bu ilin I rübündə bir nəfərə orta gəlir (ayda 332,3 manat) ötən ilin orta göstəricisindən (348,4 manat) 4,6% azdır, - deyə Dövlətstatkom bildirir.
Rəsmi məlumata görə, 3 ayda nominal gəlirlər 996,8 manat, real gəlirlər 901,5 manat olub. Mütləq ifadədə 8 mlrd 552 mln manata qarşı 9 mlrd 455,9 mln manatdır.
Gəlirlərin dörddə üçü (75,7% və ya 7 mlrd 158,1 mln) mal və xidmət alışına, 12,6% və ya 1191,4 mln yığım və ya valyuta alışına, 9,6% və ya 907,8 mln vergi, rüsum, sosial və sığorta haqlarına, 2,1% və ya 198,6 mln manat kreditlər üzrə faiz ödənilməsinə xərclənib. --17D—
-
- İqtisadiyyat
- 17 Aprel 2015 14:04
-
- Siyasət
- 17 Aprel 2015 15:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz