Xarici valyuta ilə ticarət sentyabrda 15,2% artıb
2013-cü ilin sentyabrında nağdsız xarici valyuta əməliyyatları dövriyyəsi 3197 mln manat ($4,1 mlrd) ekvivalenti olub. Ay ərzində o, 15,2 % artıb. Doqquz ayda valyuta dövriyyəsi 27,7 mlrd manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə o, 16,8% artıb.
Bu ilki sentyabrda nağd Amerika valyutası ilə əməliyyat həcmi $1037 mln təşkil edib. Bu, avqustdakından $69 mln və ya 7,1% çoxdur. Hesabat ayında bu valyutanın satışı 29,3% artıb, alışı 0,3% azalıb. 2012-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabrında Amerika valyutası ilə nağd mübadilə əməliyyatlarının ümumi dövriyyəsi $315 mln və ya 3,6% artaraq $9006 mln olub.
Nağd avro ilə əməliyyat həcmi 9 ayda 2549 mln (müvafiq valyuta vahidi) olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,4% çoxdur.
Yanvar-sentyabrda Rusiya rublu və ingilis funt sterlinqi ilə nağd mübadilə əməliyyatlarının ümumi dövriyyəsi 12566 mln və 50 mln təşkil edib.
Nağd ABŞ dollarının manatla orta mübadilə məzənnəsi sentyabrda 1 bənd, 12 ayda 13 bənd azalıb və 1 USD üçün 0,7844 manat olub. --15B—
-
- Siyasət
- 3 Dekabr 2013 15:49
-
- İqtisadiyyat
- 3 Dekabr 2013 16:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz