- İqtisadiyyat
- 12 Dekabr 2018, 16:34
- 114
Xəzər Universitəsində çayçılığın inkişafı ilə bağlı konfrans
11 dekabr 2018-ci il tarixində Xəzər Universitəsində ənənəvi "Elm və Sənət Məclisi"nin 68-ci məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, prof. Hamlet İsaxanlı açaraq məruzəçi alim, Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İctimai Birliyinin prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Bölməsinin rəhbəri, aqrar elmləri doktoru, prof. Fərman Quliyevin həyat və yaradılıcılığı haqqəında geniş məlumat verdi. Sonra məruzəçi Azərbaycanda çay və sitrus plantasiyalarının salınmasından, çayçılığın və sitrus bitkilərinin inkişafı ilə dövlət proqramlarının qəbul edilməsi haqqında ətraflı məlumat verdi. Məşğələ iştirakçılarının diqqətinə çatdırıldı ki, ölkəmizə çay bitkisi XIX əsrin əvvəllərində gətirilib. 1929-cu ildən elmi əsaslarla becərilməsinə, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanıldığı bildirildi,
Məruzə ətrafında müzakirələrdə İradə Xəlilova, Əlövsət Əmirbəyli, Rövşən Abbasov, Elsevər İbadov, Cavid Ocağı (Xəzər Universitəsi), Abbas İsmayılov, Zaur Həsənov ( Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə ), Əli Şamilov (AMEA-nın Folklor İstitututu), Nemət Məmmədli, İsmixan Yusubov ( Bakı Dövlət Universiteti) və digərləri çıxış etdilər. Sonda prof. Hamlet İsaxanlı maraqlı məruzə üçün prof. Fərman Quliyevə dərin təşəkkürünü bildirdi və ona universitənin hədiyyəsini təqdim etdi. Xatirə şəkilləri çəkildi.--0--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz