Yanğın mükafatlarını tədricən У Chartis Azerbaijan-dan alırlar
Chartis Azerbaijan (keçmiş AIG Caspian) sığorta şirkəti bu ilin 3 rübündə 730,43 min manat mükafat yığıb. Bu, ötən ilkindən 2 dəfə azdır.
Bu yerli bazar üçün pis nəticədir. Amma şirkət bacardığını edir. Bu il şirkət KTS, səyahət sığortası, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası və icbari sığorta paketindən məhrum olub. Amma 2 ildir əməkdaşların dələduzluğundan sığorta (3,85 min manat) və peşə məsuliyyətinin sığortasından (221,12 min manat) mükafat əldə edir.
Mükafatlar əsasən əmlakın yanğından və başqa risklərdən sığortası üzrədir –332,08 min manat. Bu, ötən ilkindən 400 min manat çoxdur.
İki ildir icbari növlər üzrə mükafat olmur.
Şirkətin ödənişləri 395,82 min manat olub. Bu, ötən ilkindən 7 dəfə çoxdur.
Chartis Azerbaijan yerli bazarda 1999-cu ildən xidmət göstərir. Əvvəl onun əvəzinə törəmə strukturu AIG (American International Group) qeydiyyata alınmışdı.
İndi 49% Amerika kapitallı şirkətin yerinə 100% xarici kapitallı Brintaniya şirkəti fəaliyyət göstərir (15 oktyabr 2010-cu ildə qeydiyyata alınıb) və 10 sığorta növü üzrə xidmət edir. Şirkətin nizamnamə kapitalı 6,8 mln manatdır.
Əsas təşkilat olan CHARTIS-in 90 illik sığorta təcrübəsi var. Bu gün CHARTIS 160 ölkədə 45 mln müştəriyə xidmət edir. --17D—
-
- Siyasət
- 14 Oktyabr 2013 13:12
-
- İqtisadiyyat
- 14 Oktyabr 2013 13:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz