Yanvar-iyul aylarında BFB-nın dövriyyəsi təxribən iki dəfə azalıb
2013-cü ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) Birja əməliyyatlarının ümumi dövriyyəsi 3586,55 mln manat təşkil edib, bu da ötən ilin müvafiq dövründən təxminən iki dəfə azdır. İyul ayında birjanın dövriyyəsi 601,48 mln manat təşkil edib.
BFB-nın məlumatına görə, hesabat dövründə dövlət qiymətli kağızlarının payına bütün əməliyyatların 83,2%-i düşüb.
Birja satışlarının həcminin azalması 2,3 dəfə azalan dövlət qiymətli kağızlar bazarı hesabına baş verib. İlkin bazarda əməliyyatların dövriyyəsi 3,5 dəfə azalıb. REPO əməliyyatların həcmi 2,3 dəfə azalıb. Korporativ qiymətli kağızlar bazarı 2,4 dəfə artıb. İstiqrazların ilkin yerləşdirilməsinə dair əməliyyatlar 105%, istiqrazlarla təkrar əməliyyatların həcmi isə 93% artıb. İlkin səhm bazarı 3,8 dəfə, təkrar bazar isə 2,8 dəfə artıb. --15D--
-
- İqtisadiyyat
- 5 Avqust 2013 16:21
-
- Cəmiyyət
- 5 Avqust 2013 16:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz