Yanvarda inflyasiya 2,3% olub
Yanvarda istehlak qiymətləri dekabr ayına nisbətən 2,3 faiz bahalanıb. O cümlədən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 2,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,9 faiz bahalanıb, deyə Dövlətstatkom bildirir.
İllik hesablamada inflyasiya yanvarda 11,9% olub. Yanvarda ərzaq məhsullarının qiymətləri 14,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8 faiz bahalanıb.
Yanvardan ildə 1700 kubmetrdən çox qaz istifadə edən əhali qrupları üçün qazın qiyməti 2 dəfə – 1 min kubmetr üçün 200 manata bahalanıb.
Ötən il Tarif Şurası su, elektrik və kanalizasiya xidmətlərini bahalandırıb. İstehlak bazarında qiymət artımına əsasən manatın iki dəfə devalvasiyası səbəb olub. 08D
-
- Cəmiyyət
- 13 Fevral 2017 10:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz