- İqtisadiyyat
- 8 İyul 2014, 13:07
- 83
Yapı Kredi Bank Azərbaycanın İnternet Bankçılıq xidməti ilə ödəniş et, 10 MANAT-a qədər bal qazan!
Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq xidmətindən istifadə edən fərdi müştəriləri üçün yeni kampaniya təqdim edir.
Beləliklə 7 İyul- 7 Avqust tarixləri arasında İnternet Bankçılıq xidməti ilə istər hesabından, istərsə də kredit kartından faktura ödənişi edən fərdi müştərilər, hər ödənişlərində 2 manat bal qazanmaqla maksimum 10 manat bal qazanmaq imkanı əldə edəcəklər. Faktura ödənişinə kommunal,mobil, kabel TV, stasionar telefon, internet ödənişləri daxildir.
Bu kampaniya ilə istənilən zaman və dünyanın istənilən nöqtəsindən faktura ödənişlərinizi rahat şəkildə etməklə əlavə ballar qazanmaq fürsəti əldə edəcəksiz. Qazanılan ballar kampaniya bitdikdən sonra 5 iş günü ərzində Worldcardınıza, Worldcardınız olmadıqda isə Pulkartınıza yüklənəcəkdir.
İnternet Bankçılıq xidmətinə qoşulmaq üçün Yapı Kredi Bank Azərbaycanın filiallarından birinə yaxınlaşaraq heç bir ödəniş etmədən qeydiyyatdan keçmək kifayətdir. Kampaniyadan yararlanmaq üçün müştəri eyni gün ərzində bank tərəfindən verilmiş müştəri nömrəsi və şifrə ilə www.yapikredi.com.az saytından “Fərdi İnternet Bankçılıq” bölməsinə daxil olmalı və faktura ödənişi etməlidir.
Təklif olunan kampaniya ilə bağlı əlavə məlumatı http://www.yapikredi.com.az/ ünvanından, http://www.facebook.com/yapiKrediAZvə http://www.facebook.com/YapiKrediWorldAZsəhifələrindən və ya *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə zəng edərək əldə etmək mümkündür.
-
- Cəmiyyət
- 8 İyul 2014 13:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz