Yaponiya Azərbaycanın "FOODEX Japan 2014" sərgisində iştirak etməsini istəyir
Azərbaycan qida və içki istehsalçı və idxalçılarını Yaponiyada gözləyirlər. Orda 4-7 mart 2014-cü ildə ənənəvi "FOODEX Japan" sərgisi keçiriləcək. 6 sentyabr 2013-cü il tarixdə Xaçmaz Regional İnkişaf Mərkəzində iş adamları üçün sərginin təqdimatı keçiriləcək.
Təqdimatı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təşkil edir. Fondda Turan-a bildiriblər ki, təqdimatı JETRO-nun Moskva nümayəndəliyi keçirəcək.
"FOODEX Japan” Asiyada ən böyük ərzaq sərgisidir və 1976-cı ildən təşkil edilir. O, öz mallarını Yaponiya bazarına çıxarmaq istəyən firmalar üçün açıqdır. JETRO zonanın iştirakçıları iştirak qiymətinin endirilməsindən, yapon bazarının ekspertləri ilə məsləhətdən faydalana bilərlər. 2013-cü ildə sərgidə 2433 eksponent iştirak edib. Sərgiyə 71 min nəfər gəlib.
JETRO dövlətlə bağlı təşkilatdır. Yaponiya ilə başqa ölkələr arasında qarşılıqlı ticarət və investisiyalar marağı ilə keçirilir.
Sərgidə iştirak haqqı (bank köçürmələri xərcləri də daxil) $1025-dır (az inkişaf edən ölkələr üçün 525$). 08D
-
- İqtisadiyyat
- 3 Sentyabr 2013 13:22
-
- İqtisadiyyat
- 3 Sentyabr 2013 14:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz