Sumqayıt superfosfat zavodu yenidən özəlləşməyə çıxarılıb
Sumqayıt superfosfat zavodunun bazasında yaradılan "Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin 99,83%-nin (3 766 106 ədəd) satışı üzrə investisiya müsabiqəsi elan edilib. 2005-ci ilin iyunundan müəssisəni satmaq üçün cəhdlər edilir. 2012-ci ilin noyabrında müəssisə istifadəsində olan torpaq sahəsinin yarısından məhrum edilib.
Müəssisənin bərpası üzrə proqram, yerli və xarici bazar üçün məhsul istehsalının təşkilindən savayı iddiaçılar dövlət büdcəsinə bonus kimi 1,5 mln manat ödəməlidir. SC-nin 1 765 min manat öhdəliyi də var.
Prezident İlham Əliyevin sərəncamı ilə «Yüksək Texnologiyalar Parkı – YT Parkı» yaradılandan sonra ötən il "Sumqayıt Superfosfat” ASC-nin 62,4 ha torpağının 30 hektarı alınıb. Tikililər altında 17,9 ha torpaq var. İstehsal və başqa tikililərin bir hissəsi sökülüb. Amma SC-nin n izamnamə kapitalı əvvəlki səviyyədə qalıb – 7 545 min manat.
Son 3 ildə 1956-cı ildən fəaliyyət göstərən müəssisənin fəaliyyəti pisləşib və işçi sayı da 540-dan 251 nəfərə azalıb.
Təkliflər oktyabrın 1-dək qəbul edilir. 08D
-
- İqtisadiyyat
- 3 Sentyabr 2013 13:19
-
- İqtisadiyyat
- 3 Sentyabr 2013 13:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz