Yaradıcılıq emalatxanaları və sərgi salonları gənc istedadlara güzəştli şərtlərlə veriləcək
Nazirlər Kabineti noyabrın 18-də "Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi Qaydaları"nı təsdiq edib. Sənəd dünən hökumətin saytında açıqlanıb. Sənədə əsasən, zərurət yarananda Gənclər və İdman Nazirliyi güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi nəzərdə tutulan emalatxana və salonların siyahısını müəyyən edir və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir.
Güzəştli şərtlərlə emalatxana və salonları istifadəyə götürmək hüququ olan yaradıcı gənclərin siyahısı Gənclər və İdman Nazirliyinin yaratdığı 5 nəfərlik komissiya müəyyən edilir. Komissiyada Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı və Memarlar İttifaqının nümayəndələrindən təşkil edilir. Komissiyanın işi şəffaf təşkil edilir.
Yaradıcılıq emalatxanaları və sərgi salonları gənc istedadlara ƏMDK ilə icarə müqavilə əsasında verilir. Kommunal xidmətləri icarəçi “əhali” qrupu üçün müəyyən edilən tariflərlə ödəyir.
2007-ci ilin noyabrında Nazirlər Kabineti "Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği"nin təsdiq edilməsi haqqında" qərar qəbul edib. Gənc istedadlar üçün yaradıcılıq emalatxanaları və sərgi salonlarının icarəyə verilməsi də siyahıya daxil edilib. Bakıda yaradıcılıq emalatxanaları və sərgi salonlarının icarə haqqı ildə 1,2 manatdır. Yerləşmə zonasından asılı olaraq bu tarif 3,5 dəfə arta bilər. 08D
Rəy yaz