- İqtisadiyyat
- 2 Oktyabr 2012, 17:28
- 150
Yaradılan şirkətlər barədə məlumatlar Vergilər Nazirliyinin qəzetinin xüsusi buraxılışında çap olunur
Sentyabrın sonunda Vergilər Nazirliyi ölkədə öz internet portalı vasitəsilə qeydiyyatdan keçən kommersiya hüquqi şəxslər barədə təqdim olunan məlumatlara dair hesabatlılıq formasını yeniləyib. «Komersiya sirr haqqında» və «Dövlət qeydiyatı və hüquqi şəxslərin reyestri haqqında» qanunların yenidən baxılması səbəbindən tətbiq edilən yeni hesabatlılıq forması bu baza vasitəsilə şirkətlərin qeydiyyatı barədə yeni informasiya almağa imkan vermir.
Eyni zamanda «Dövlət qeydiyatı və hüquqi şəxslərin reyestri haqqında» qanuna müvafiq olaraq Vergilər Nazirliyi nazirliyin mətbu orqanı olan «Vergilər» qəzetinin xüsusi buraxılışı vasitəsilə kommersiya hüquqi şəxslərin dövlət reestrinin yenilənməsinə dair məlumatların dərcini davam etdirir. Vergilər Nazirliyinin Kommersiya Hüquqi Şəxslərin Dövlət
Qeydiyyatı İdarəsindən Turan-a bildiriblər ki, qeydiyyatdan keçən kommersiya şirkətləri barədə məlumatların dərci dayandırılmayıb və hər həftə dərc edilib. Doğrudur, indi reestr məlumatlarında təsisçilər və onların payları barədə məlumat açıqlanmır, çünki qanunvericilikdəki dəyişiklik bunu tələb edir.
Xatırladaq ki, bu ilin iyun ayında ölkə parlamenti şirkətlər barədə açıqlanan məlumatlara məhdudiyətlər tətbiq edib. 08B
-
- Siyasət
- 2 Oktyabr 2012 17:20
-
- Foto sessiyalar
- 2 Oktyabr 2012 18:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz