Yeni iş yerləri haqda ziddiyyətli statistika
2014-cü ilin 9 ayı ərzində ölkədə 100056 yeni, o cümlədən 82177 daimi iş yerləri açılıb. İş yerlərinin əsas hissəsi fiziki şəxslərin payına düşür.
Statistika Komitəsinin məlumatına görə, iş yerlərinin 70,6%-i regionların payına düşür. Regionların sosial-iqtisadi inkişafı üzrə birinci Dövlət Proqramının icrası dövründə yeni iş yerlərinin strukturunda Bakının payı 10%-i keçməyib.
Maraqlıdır ki, hökumət Statistika Komitəsinin şəxsində 2009-ci ildən bəri 470 959 yeni iş yerlərinin açıldığını bəyan edir. Onların 358 243-ü daimidir. Amma həmin statistik hesabatlara əsasən, ölkə iqtisadiyyatında məşğul əhalinin sayı 2008-ci ilin sonunda 4 215,5 min nəfər olub. Bu ilin üçüncü rübünə qədər onların sayı 367 min artaraq 4 582,5 min olub.
Bundan başqa, həmin dövrdə (2009-2014-cü illər) muzdlu işçilərin sayı 97,1 min aratraq 2014-cü il oktyabrın əvvəli üçün 1 507,4 min nəfərə çatıb. 08B
-
- İqtisadiyyat
- 19 Noyabr 2014 14:39
-
- İqtisadiyyat
- 19 Noyabr 2014 14:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz