Yerli sığorta şirkətləri «Soqlasiye»nin maraq dairəsində
Rusiyanın «Soqlasiye» təkrarsığorta şirkətinin portfelində Azərbaycanın sığorta kapitalının xüsusi çəkisi azdır - 2,67% və ya 1 mln manat (40 mln rubl).
Şirkətin Azərbaycan təmsilçisi Emin Aslanovun fikrincə, Bakı sığortaçıları inteqrasiya imkanını tam açmaq üçün Moskva təcrübəsindən istifadə etməlidir. Artıq yerli sığortaçıların ikinci qrupu Moskva ofisində praktik məşğələdən keçmək üçün müraciət edib.
Birinci qrup bu yazda avtosığorta, agent şəbəkəsinin təşkili və s. üzrə praktik məşğələdən keçib. Məşğələlər pulsuz olub.
Aslanovun sözlərinə görə, (Yerli nümayəndəlik 19 iyun 2012-ci ildə Vergilər Nazirliyində qeydiyyata alınıb) şirkət onlarla yerli sığorta şirkəti ilə 1 mln manatlıq 100-ə yaxın müqavilə imzalayıb.
Rusiyanın «Soqlasiye» şirkəti əmlak, tiknti-quraşdırma, nəqliyyat daşıma və eksklüziv avtomobillərin sığorta riski üzrə ixtisaslaşıb. --17D—
-
- İqtisadiyyat
- 18 Aprel 2013 13:01
-
- İqtisadiyyat
- 18 Aprel 2013 14:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz