Xarici işçi qüvvəsi artır
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.
Fondun məlumatına görə, hazırda fərdi uçot sistemindəki əcnəbilərin sayı 14 864 nəfər təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınan əcnəbilərin sayı 8,1% atıb. Ötən il onlar 13 min 744 nəfər idi. Bu, işçi qüvvəsinin artımı yox, uçot mexanizminin təkmilləşməsi ilə bağlıdır.
Azərbaycanda 97 ölkənin (yanvarın 1-i üçün 96) vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (8640 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1659 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 756 nəfərə çatıb.
Sonrakı yerləri İran İslam Respublikası (487), Hindistan (352), Çin Xalq Respublikası (338), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (218), Özbəkistan (174), Pakistan İslam Respublikası (139), Almaniya (132), Bosniya və Hersoqovina (128), Ukrayna (125), Filippin (117), İtaliya (105), Türkmənistan (101), Qazaxıstan (97), Malayziya (90), ABŞ (87) və s. ölkələr tutur.
Uçotdakı əcnəbilərin onda biri qadındır. Əcnəbilər 1 yanvar 2006-cı ilədn icbari sığorta ödənişinə cəlb edilir. --17D—
-
- İqtisadiyyat
- 18 Aprel 2013 13:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz