YNH-də ölənlərin qohumları sığorta şirkətlərindən əlavə 1 min manat alacaq
Sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsində ölən sürücünün, sərnişinin və ya piyadanın ailə üzvləri sığorta şirkətindən 1000 manat məbləğində kompensasiya ala biləcəklər.
Əvvəllər həlak olan vətəndaşın ailəsi İcbari Sığorta Bürosunun xətti ilə 5 min manat alırdı. İndi (“İcbari sığortalar haqqında” Qanunun 58.3-1 maddəsinə əsasən) sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsində ölən sürücünün, sərnişinin və ya piyadanın ailə üzvləri müvafiq sığorta şirkətindən sığorta məbləğinin 20 faizi (1000 manat) həcmində kompensasiya ala bilərlər.
Sığorta şirkəti qeyd olunan kompensasiyanı səlahiyyətli dövlət orqanının yol nəqliyyat hadisəsinin baş verməsi faktını təsdiq edən arayışını və ölüm haqqında şəhadətnamənin surətini aldığı vaxtdan 2 iş günü ərzində ödəməlidir. --17D—
-
- İqtisadiyyat
- 16 İyul 2013 15:52
-
- Siyasət
- 16 İyul 2013 16:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz