- İqtisadiyyat
- 4 İyul 2013, 16:28
- 210
Yük daşımalarında rentabellilik 30,5% olub
2013-cü ilin I rübündə Azərbaycan aviaşirkətləri yük daşımalarından 94,4 mln manat əldə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 26,6:% artıb. Yük daşımaları isə 2,4 dəfə artıb, Dövlətstatkomda Turan-a bildiriblər.
Aviaşirkətlərin balans mənfəəti xərclər (72,3 mln manat) nəzərə alınmaqla 21,1 mln manat təşkil edib. Aviaşirkətlərin istehsal rentabelliliyi I rübdə 30,5%-dən çox olub.
2013-cü ilin yanvar-martında yük daşımalarının ümumi həcmi 26,1 minn ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Daşımalar əsasən ölkə xaricində həyata keçirilir.
Azərbaycanda yük daşımaları ilə “Azerbaijan Airlines” QSC, “Turan Air”, “Silk Way Airlines” “Silk Way West” məşğul olur. Sonuncu üç şirkət “Silk Way Holding” qrupuna daxildir. DSK-ya görə, yük daşımalarından gəlirlərin 90%-i özəl sektorun payına düşür. 08B
-
- Siyasət
- 4 İyul 2013 16:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz