Yük tranziti 35,2% azalıb
Bu ilin yanvar-aprelində TRACECA dəhlizi ilə Azərbaycandan 2 mln 261,9 min ton yük daşınıb. Bu, 2015-ci ilin eyni dövründəkindən 1 mln 228,6 min ton və ya 35,3% azdır, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Dəmiryolçular tranzit yük daşımalarını 0,4% оartırıb. Dörd ayda Azərbaycan dəmir yolları ilə 1 mln 172,5 min ton yük daşınıb.
Dəniz nəqliyyatı ilə 1 mln 89,4 min ton tranzit yük daşınıb. Bu, 2015-ci ilin eyni dövründəkindən 53,1% azdır.
TRACECA layihəsi Avropadan Qara dəniz, Qafqaz, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxmaq üçün nəzərdə tutulub və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz