Zaminbank-ın paytaxt filialının biri ünvanını dəyişib
"Zaminbank" ASC müştərilərə xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq “Biznes” filialını yeni ünvana köçürüb.
Bankdan verilən məlumata görə, filial bundan sonra Bakı şəhəri, İzmir küç., 7b ünvanında (Hyatt Regency Otelinin yaxınlığında) fəaliyyat göstərəcək. Filial fiziki və hüquqi şəxslərə tam xidmət göstərəcək. Bunlara depozitlərin cəlb edilməsi, kreditlərin verilməsi, o cümlədən, istehlak və ipoteka kreditləşdirilməsi, Fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması, hesablaşma-kassa xidmətləri, kredit və debet kartlarının buraxılması, sürətli pul köçürmə sistemləri üzrə köçürmələri, kommunal xidmətlər (qaz, enerji, su) və mobil operatorlar (Azərsel, Baksel, Nar Mobile) üzrə ödənişlərin qəbulu daxildir.
Hazırda bank 38 filial və 17 şöbə vasitəsilə xidmət göstərir. Bunların 28-i paytaxtdadır. --15D--
-
- İqtisadiyyat
- 13 Sentyabr 2012 14:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz