«Ziraat bank-Azərbaycan»ın aktivləri 46,48% artıb
2016-cı ilin IV rübündə «Ziraat bank-Azərbaycan»ın aktivləri 2015-ci ilin eyni dövrü ilə müayisədə 46,48% və ya 41 mln 951 min manat artaraq 132 mln 195 min manata çatıb.
Turan-ın məlumatına görə, bu dövrdə bankın öhdəlikləri 71 mln 566 min manat (artım 35 mln 556 min manat və ya 98,7%) təşkil edib.
2016-cı ilin IV rübündə bankın depozitləri 37 mln 924 min manat təşkil edib. 2015-ci ilin eyni dövründə depozitlər 4 mln 701 min manat idi.
Bankda hüquqi şəxslərin tələb olunanadək depozitləri 15 mln 486 min manat, fiziki şəxslərin tələb olunanadək depozitləri 4 mln 748 min manat olub.
Hüquqi şəxslərin müddətli depozitləri 531 min manat, fiziki şəxslərin müddətli depozitləri 17 mln 158 min manat təşkil edib.
Hesabat dövründə bankın kapitalı 11,79% və ya 6 mln 396 min manat artaraq 60 mln 629 min manata çatıb.
Bank 2016-cı ilin IV rübünü 5 mln 956 min manat xalis mənfəətlə başa vurub. –71D-
-
- İqtisadiyyat
- 12 Yanvar 2017 13:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz