Kənd təsərrüfatı istehsalı 2,6% artıb
2016-cı ildə kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz artıb, deyə Kənd Təsərrüfatı Nazirliyi məlumat verir.
Bitkiçilik məhsulları istehsalı il ərzində 2,5 faiz artıb. 3065,1 min ton dənli və dənli paxlalı bitkilər toplanılıb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.
Kartof istehsalı (902,4 min ton) 7,5%, tütün istehsalı (3598,2 ton) – 3,8%, çay yarpağı istehsalı 1015 ton (75,4%), şəkər çuğunduru istehsalı (321,3 min ton) 72,7% artıb. 88 596,9 ton pambıq yığılıb. Bu, 2015-ci ildəkindən 2,5 dəfə çoxdur.
Başqa kənd təsərrüfatı məhsullarının istehsalı azalıb. İl ərzində 1 mln 296,3 min ton tərəvəz (-0,5%), 464,6 min ton bostan bitkiləri (-4,1%), 883,7 min ton meyvə və giləmeyvə (-0,5%), 134,5 min ton üzüm (-14,4%), 17,1 min ton günəbaxan (-9,3%) istehsal edilib. --08D--
-
- Çətin sual
- 12 Yanvar 2017 13:29
-
- İqtisadiyyat
- 12 Yanvar 2017 13:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz