Ziyana uğramış "Bashak İnam Sığorta"
"Bashak İnam Sığorta" şirkəti ötən il 212,27 min manat xalis ziyana məruz qalıb (2013-cü ildə xalis mənfəət 162,27 min manat olub).
Auditor rəyi ilə təsdiq edilmiş maliyə hesabatına əsasən, şirkətin ümumi gəliri 3 mln. 628,38 min manat təşkil edib. Bunun ən böyük hissəsi - 2 mln. 721,34 min manat sığorta pullarının, 148,92 min manat investisiya gəlirlərinin payına düşür. Başqa gəlirlər də var.
Xərclər 3 mln. 840,65 min manat təşkil edib. O cümlədən, sığorta ödəmələrinin həcmi 1 mln. 220,32 min manat, sığorta işinin aparılması 1 mln. 585,75 min manat təşkil edib, qalan xərcləri başqa maddələr təşkil edib.
Şirkətin aktivləri 11,2% artaraq, 9 mln. 935,72 min manat, kapitalı 16,9% artaraq 7 mln. 604,83 min manat təşkil edib, bir halda ki, öhdəliklər 4% azalaraq, 2 mln. 330,89 min manata bərabər olub. Ötən il şirkətin nizamnamə kapitalı 16,7% artaraq, 7 mln. manat təşkil edib.
Şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 2 dəfə artaraq, 3 mln. 99,62 min manata çatıb.
"Bashak İnam Sığorta" ASC 1996-cı ildə yaradılıb. -17D-
-
- İqtisadiyyat
- 3 Aprel 2015 13:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz