Bakı/18.04.23/Turan: 2023-cü ilin I rübündə Azərbaycanın icmal büdcəsi üzrə daxilolmalar 15 557,7 milyon manat, xaricolmalar isə 7 487,9 milyon manat təşkil edib.Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.Məlumatda deyilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 95,4% və 18,7% çoxdur.Son nəticədə icmal büdcədə 8 069,8 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 4,9 dəfə çoxdur. -0-

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Maliyyə

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə