Azərbaycanda səhmlər və istiqrazlar məsafədən alınıb-satılacaq
Azərbaycanda səhmlər və istiqrazlar məsafədən alınıb-satılacaq
Yaxın vaxtlarda Azərbaycanda səhm və istiqraz alıb-satmaq üçün “Bakı Fond Birjası”na (BFB) getməyə ehtiyac olmayacaq.
Yeniliyin anonsunu yerli mətbuata açıqlamasında BFB-nin baş kommersiya inzibatçısı Oqtay Qasımov verib.
Onun sözlərinə görə, bu, yeni elektron ticarət sisteminin işə salınmasından sonra mümkün olacaq və qiymətli kağızların ticarətini daha əlçatan edəcək.
"Yeni sistem artıq formalaşıb və funksionaldır. Sadəcə söhbət ona məsafədən qoşulmadan gedir. Yəni, bazar iştirakçılarına, investorlara investisiya şirkətlərinin mobil tətbiqləri üzərindən birjaya qoşulmaq imkanı verilməlidir. Burada da demək olar ki, işləri yekunlaşdırmışıq. Testlər tam həyata keçirilib və sistem real rejimdə fəaliyyət göstərir, yaxın günlərdə bu imkan yaradılacaq. İnvestisiya şirkətləri daxili texnoloji hazırlıq səviyyəsinə görə sistemə qoşulur. Artıq 2 şirkətdə qoşulma həyata keçirilib", - deyə o qeyd edib.
-
- Maliyyə
- 9 Oktyabr 2024 11:09
Maliyyə
-
Azərbaycanda bu ilin əvvəlindən elektrik enerjisi, təbii qaz və istiliyin bahalaşması illik inflyasiyaya 0,51 faiz fəndi artırıcı təsir edə bilər.
-
Azərbaycan, Mərkəzi Bankı (AMB) 2025-ci ildə dünya bazarında neftin 1 barelinin orta qiymətinin 77,3 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiymətinin isə 349 dollar olacağını proqnozlaşdırır.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin yekununda ölkədə iqtisadi artımın 3,3% olacağını, o cümlədən qeyri-neft-qaz sektorunda ümumi daxili məhsul (ÜDM) istehsalının 5,2% artacağını proqnozlaşdırır.
-
Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,5%, 2026-cı ildə isə 3,8% ətrafında olacağı gözlənilir.
Rəy yaz