Bakı/16.10.23/Turan: 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinə daxilolmalar 36 889,3 milyon manat, büdcədən xaricolmalar isə 25 898,4 milyon manat təşkil edib.Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.Məlumatda deyilir ki, bunlar, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,1% və 14,7% çoxdur.Son nəticədə icmal büdcədə 10 990,9 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən 53,7% çoxdur. -0-

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Maliyyə

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə