Bank Respublika Şuşa şəhərində filial açacaq!
Bakı, 13 noyabr 2020.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayaraq yeni bir tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuz Vətən müharibəsini böyük zəfərlə bitirdi. Bu Qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və möhkəm iradəsinin eləcə də xalqımızın onun ətrafında dəmir yumruq kimi birləşməsinin nəticəsidir.
Bank Respublika ailəsi, möhtəşəm Qələbəni xalqımıza bəxş etdiyi üçün Ali Baş Komandan İlham Əliyev cənablarına, böyük cəsarət və igidlik göstərən Ordumuzun bütün əsgər və zabit heyətinə eləcə də həmrəy olan xalqımıza öz dərin minnətdarlığını bildirir! Şanlı qələbəmiz bütöv Azərbaycan iqtisadiyyatının daha böyük uğurlarının təməlini qoyacaq. Gözəl Şuşamız, Qarabağımız dirçələcək, bütün Azərbaycanımız daha da güclənəcək, çiçəklənəcək!
Ölkənin aparıcı banklarından biri kimi Bank Respublika da, azad edilən torpaqlarımızda iqtisadi inkişafa öz töhfəsini vermək məqsədilə, Qarabağın incisi olan Şuşa şəhərində yeni filial açmaq haqqında qərar qəbul etmişdir.
“Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirmişdir ki,”Hər bir Azərbaycanlı kimi, Bankımızın da bütün əməkdaşları qələbə xəbərini böyük sevinclə qarşılamışdır! Bizə bu qələbəni yaşatdığı üçün Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna Bankımız adından sonsuz təşəkkürlərimizi və dərin minnətdarlığımızı bildirir, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş igid əsgərimizin qarşısında baş əyirik. Qeyd etmək istərdim ki, Bankımız ölkə Prezidenti cənab İlham Əliyevin “Şuşa - səni dirçəldəcəyik” çağırışına qoşularaq Azərbaycanın dilbər güşəsi olan Şuşa şəhərində yeni filialın açılması ilə bağlı qərar qəbul etmişdir. Hər bir Azərbaycanlı kimi biz də ölkəmizin yenidən inkişaf etməsində və çiçəklənməsində öz töhfəmizi verəcəyik.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.®
-
- Siyasət
- 12 Noyabr 2020 16:32
Maliyyə
-
Bank Respublika ölkəmizdə futbolun inkişafına dəstək verəcək! Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında Azərbaycan futbolunun davamlı inkişafına dəstək məqsədilə sponsorluq müqaviləsi imzalanıb. Müqaviləni “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev imzalayıblar.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”nı təsdiq edib.
-
Əgər 2 il bundan əvvəl Naxçıvan MR-nın büdcəsində yerli gəlirlər 20-25% paya malik idisə, bu ilin sonunda yerli gəlirlərin payı 50%-dən çox olacaq.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) "Azsığorta", "Atəşgah Sığorta", "İpək Yolu Sığorta", "Xalq Həyat Sığorta", "Aqrar Sığorta" və "AzRe Təkrarsığorta" şirkətlərinə icrası məcburi göstəriş verib.
Rəy yaz