Açiq mənbələrdən foto.
Milli Şura Rusiya sülhməramlılarının ölkəyə yeridilməsində milli maraqlara təhlükə görür
Bakı/ 12.11.20 / Turan: Müxalifətyönlü Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə qəti etirazını bildirir və bunu "Azərbaycanda Rusiya hərbi bazasının faktiki yaradılması" hesab edir.
DQMŞ-nin bəyanatında deyilir ki, bu, "ölkənin suverenliyini məhdudlaşdırır, Azərbaycan xalqının maraqlarını nəzərə almır və “Yuxarı Qarabağda Azərbaycan torpaqlarının qeyri-müəyyən müddətə işğalı” sayılır.
DQMŞ Azərbaycan hökumətini Türkiyə, Rusiya, ABŞ və Avropa İttifaqı ilə razılaşdırılmaqla Qarabağda sülhü təmin edəcək "çoxmillətli neytral kontingent"in formalaşdırılması istiqamətində təcili tədbirlər görməyə çağırır.
" Xankəndi, Xocalı, Xocavənd, Ağdərə daxil olmaqla, Yuxarı Qarabağ üzərində Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilməlidir, bütün məcburi köçkünlər isə öz torpaqlarına qayıtmalıdırlar", - sənəddə deyilir.
Azərbaycan xalqının və Milli Məclisin xəbəri və razılığı olmadan, açıq müzakirələr olmadan, müxalifətin və vətəndaş cəmiyyətinin rəyi nəzərə alınmadan Rusiya qoşunlarının ölkənin suveren ərazisinə yeridilməsi Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə ciddi təhlükə törədir və ölkə Konstitusiyasına kəskin zidddir.
1920-ci ildə Azərbaycanı işğal etmiş və 1992-ci ildə böyük çətinliklə ölkədən çıxarılmış Rusiya ordusunun gözlənilməz şəkildə geri qayıtması Azərbaycanın Qarabağ üzərində suverenliyinin və ərazi bütövlüyünün məhdudlaşdırılması deməkdir.
Bəyanatda 20 yanvar 1990-cı il tarixində Bakıya sovet ordusunun yeridilməsi və onun 26 fevral 1992-ci ildə Xocalı soyqırımına bağlılığı, onun "1992-93-cü illərdə Qarabağın işğalındakı rolu", eləcə də Dnestryanı, Abxaziya və Cənubi Osetiya, Ukraynada Krım və Donbasın işğalında iştirakı xatırladılır.
Sənəddə sentyabrın 27-də hərbi əməliyyatlar başlandıqdan sonra Rusiyadan Ermənistana göndərilən yüzlərlə ton silah-sursatın adı çəkilir.
"Rəhbərliyin ordumuzun müzəffər yürüşünü dayandırmaq və Rusiya ordusunu Azərbaycana dəvət etmək qərarı Azərbaycan cəmiyyətində əsaslı narazılığa və etirazlara səbəb olub", - bəyanatda deyilir.
Türkiyənin danışıqlardan kənarda qalması ölkənin milli maraqlarının qorunması baxımından böyük itkidir.03В-
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
-
Dövlət başçısının sərəncamı ilə Vüsal Aslanov "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
-
Narkotik maddə işi üzrə mühakimə olunmuş fəal İlhamiz Quliyev Umbakıdakı penitensiar kompleksdə saxlanma şəraitinin pis olmasından şikayət edib. Bu barədə Turan-a onun yaxınları bildiriblər.
-
Səkkiz dron Kazan şəhərinə hücum edərək sənaye müəssisəsini və yaşayış binalarını hədəfə aldı. Bu nadir hadisə Ukrayna ilə Rusiya arasındakı gərgin münaqişənin artmaqda olduğunu vurğulayır. Rəsmi məlumatlara görə, hələlik tələfat haqqında məlumat yoxdur.
Rəy yaz