Azərbaycan sərmayəli  nəşriyyatlar beynəlxalq kitab yarmarkasında müsbət nəticəələr əldə edib

Turan informasiya agentliyinin məlumatına görə,İstanbulda davam edən TÜYAP beynəlxalq  kitab yarmarkasında Azərbaycan sərmayəli my ELT və  TEAS Eğitim nəşriyyatları fərqləniblər.Belə ki,yarmarkanın davam etdiyi günlərdə hər iki nəşriyyat həm kitab satışı sahəsində müsbət göstərici əldə edib   həm də topdan satış sahəsində yeni müştərilərlə müqavilələr imzalayıb.Qeyd edək ki,TEAS  Press nəşriyyatı Cambridge  universiteti nəşrlərinin Türkiyə nümayəndəsidir və əcnəbi nəşrlər sahəsində  bazarda ən yüksək  göstəriciyə  malikdir. Noyabrın 2-də açılan yarmarka  noyabrın 10-da başa çatacaq.Yarmarkanın gedişində Turan agentliyinə açıqlama verən TEAS yayıncılık nəşriyyatı baş direktorunun müavini Ercan Kırali deyib :”Əcnəbi dildə kitab satışı sahəsində Türkiyədə liderik və çox yüksək dövriyyəyə sahibik.Bu ilin martında şirkətimizin  Bakıdakı mərkəzi işlərimizi daha səmərəli qura bilməyimiz üçün ciddi qərarlar qəbul etdi.Biz o qərarları qısa müddətdə həyata keçirərək TEAS yayıncılık şirkətimizin işlərinin yenidən qurulması sahəsində radikal addımlar atdıq.Əsas prinsipimiz “Özün nəşr et,özün qazan,kitab bazarında özünə möhkəm yer tut”-  devizidir.Fəaliyyətimizi tamamilə bazar iqtisadiyyatı prinsipləri əsasında qurmuşuq,kitab nəşriylə birlikdə kitab satışına da eyni dərəcədə önəm veririk.Türkiyənin ən güclü topdan satış firmaları ilə əməkdaşlıq edirik.Əminliklə deyə bilərəm ki,şirkətimizin çap və satış siyasəti doğru yolda irəliləyir.Pika  adı altında yaratdığımız və gənclər üçün nəzərdə tutulan kitablarımızı da bu yarmarkada nümayiş  etdiririk.Gələn il  işlərimizi tamamilə rels üzərinə qoyub ondan sonrakı  ildə isə Türkiyənin qazanc əldə edən nəşriyyatlatı arasında ən yüksək sıralarda yerimizi tutacağıq” Qeyd edək ki, TEAS Press nəşriyyatının  HEP markası ilə çap edilən təxminən 300 kitabı da TÜYAP yarmarkasındakı müstəqil stenddə nümayiş etdirilir.HEP-in yarmarkadakı təmsilçisi Dilek Cabbar, Turan  agentliyinə verdiyi açıqlamada “HEP kitab markasının Türkiyə kitab bazarında qısa müddətdə yaxşı  tanındığını və yarmarkada böyük marağa səbəb olduğunu” vurğulayıb.Dilek Cabbar,yarmarkadan sonra kitab nəşri sahəsində daha sürətli və səmərəli addımlar atacaqlarını sözlərinə əlavə edib.

TÜYAP  kitab yarmarkası hal-hazırda Frankfurt  beynəlxalq kitab yarmarkasından sonra dünyada ikinci yerdə olan mədəniyyət tədbiridir.Yarmarka ilk dəfə 1981-ci ildə 26 nəşriyyatın iştirakı ilə 500 kvadrat metrlik sahədə keçirilib.Bu ilki kitab yarmarkası 60 min kvadrat merlik sahədə keçirilir,yarmarkada Türkiyədən və əcnəbi ölkələrdən 800-dən çox  nəşriyyat iştirak edir.Azərbaycanı yarmarkada Mədəniyyət  və turizm nazirliyi və “Qanun” nəşriyyatı da təmsil edir.TÜYAP yarmarkasına keçən il 611 min adam gəlib. TÜYAP binalarının 10 min kvadrat metrlik sahəsində isə rəsm yarmarkası keçirilir.Rəsm yarmarkasında Türkiyədən və dünyadan 200- ə yaxın qalareya iştirak edir.

 

Rəy yaz

Mədəniyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti