- Mədəniyyət
- 20 Dekabr 2017, 15:39
- 108
�ƏSA� Teatrı �Siçanlar və adamlar� tamaşasını səhnələşdirib
ABŞ-ın Bakıdakı Səfirliyi dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmiş "ƏSA" Teatrının "Siçanlar və adamlar" adlı teatr tamaşasına sponsorluq edib.
ABŞ Səfirliynin məlumatında deyilir ki, "ƏSA" 20 nəfərdən çox istedadlı aktyor, musiqiçi, kostyum sənəti və işıqlandırma mütəxəssislərindən ibarətdir, onların əksəriyyəti əlilliyi olan insanlardır.
Beynəlxalq Əlillər Günü münasibətilə ABŞ-ın dövlət katibi Tillerson son nitqində bildirib: "Biz əlilliyi olan şəxslərin gücləndirilməsi, ləyaqəti və bərabər hüquqlarını inkişaf etdirmək üçün öhdəliyimizi təsdiq edirik. Biz bir daha vurğulayırıq ki, bütün insanlar hər bir ölkədə cəmiyyətin bütün sahələrinə tam və bərabər giriş imkanına layiqdirlər".
Səfirlik bildirir ki, bu kişilər və qadınlar istedad və bacarığın heç bir fiziki və ya zehni məhdudiyyət tanımadığının canlı sübutudur.
"Onların çıxışları çətinliklərlə qarşılaşan və möhtəşəm incəsənət ortaya çıxaran, əlillərlə işləyən şəxslərə gözəl nümunədir. Cüzi səy və sadə şəraitlə, əlilliyi olan şəxslər cəmiyyətin hər bir sektorunda işləyə bilər və biz hamımız onların tam iştirakından yararlana bilərik. Teatrda bunu nümayiş etdirmənin gözəlliyi odur ki, hər bir tamaşaçı bu həqiqətin canlı nümunəsini görə bildı, bu isə bir ömür boyu onlarla birlikdə qalacaqdır", məlumatda qeyd edilir.
Tamaşa səksən il əvvəl amerikalı yazıçısı Con Steynbek tərəfindən yazılmış eyni adlı romanın əsasında səhnələşdirilib. İnsan vəziyyətinin təsviri o dönəmdə olduğu kimi bu gün də həqiqətdir. Əsər dostluq, mərhəmət və qəbuletmənin vacibliyini xatırladır.
-
- İqtisadiyyat
- 20 Dekabr 2017 15:37
-
- Foto sessiyalar
- 20 Dekabr 2017 15:46
Mədəniyyət
-
İqlim dəyişikliyinin təsirləri getdikcə artan bir dünyada, incəsənət gözlənilməz, lakin güclü bir platforma olaraq ortaya çıxaraq ekoloji məsuliyyət barədə məlumatlandırma və müzakirələrə təkan verir. Bu təşəbbüslərdən biri də hazırda Goethe-Institutun dəstəyi ilə Kapellhausda nümayiş olunan “Başqa bir iqlim növü” adlı sərgidir. Bu sərginin zamanlaması təsadüfi deyil və 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı — COP29 ilə üst-üstə düşür. Sərgi, yerli və beynəlxalq perspektivləri birləşdirərək tamaşaçılara vacib ekoloji məsələlər barədə düşünməyi təklif edir.
-
Şəhərin hərarəti və müasir həyatın səs-küyü arasında, təbiətin də bir səsi olduğunu tez-tez unuduruq. Lakin rəssam Elnarə Nəsirli, "Meşənin Pıçıltısı - Səsin Sehri" adlı son sərgisi ilə təbiətin nəbzini və mesajını bizə xatırlatmaq istəyir. Hazırda "Gazelli Art House"-da nümayiş olunan bu multidisiplinar sərgi izləyiciləri meşənin ürəyinə daha yaxınlaşdırır; hər bir yarpaq xışıltısı, hər bir pıçıltı həyatla dolu görünür.
-
Dünya, təcili ekoloji çağırışlarla üzləşdiyi bir dövrdə, təbii resursların qorunması artıq ölkələri birləşdirən ortaq dəyərə çevrilib. Əvvəllər sadəcə müzakirə mövzusu olan ekoloji mühafizə indi demək olar ki, hər qlobal tədbirin diqqət mərkəzindədir.
-
İqlim dəyişikliyinin sürətləndiyi, qlobal temperaturun artdığı və bir çox növün məhv olduğu bir dövrdə, dünyanın müxtəlif ölkələri ətraf mühiti qorumaq üçün daha təsirli tədbirlər görməyə məcbur olur. Bu artan şüurlanma bir çox ölkəni təbiətin qorunması layihələrinə əhəmiyyətli maliyyə vəsaiti ayırmağa vadar edib. Meşələrin bərpasından heyvanların qorunmasına qədər ekoloji təşəbbüslər artıq inkişaf layihələrinin əsas hissəsinə çevrilib.
COP29 necə keçir? Gələnlər, gəlməyənlər, qərarından geri dönənlər...- Natiq Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:30
- 319
Rəy yaz