Mayın 28-də Azərbaycan Respublika Günü qeyd edir. Respubika Günü rəsmi dövlət bayramıdır və iş günü deyil.
Azərbaycanın və digər Qafqaz ölkələrinin müstəqilliyi Birinci Dünya müharibəsi və Rusiya imperiyasında mərkəzi hakimiyyətin zəifləməsinə səbəb olan siyasi proseslər başa çatdıqdan sonra mümkün olub. Lakin Rusiya imperiyası Cənubi Qafqaz xalqları arasında təfriqələr salmaqla onların Zaqafqaziya konfederasiyasında birləşməsinə imkanı verməyib.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması 1918-ci il mayın 28-də elan edilib. Bununla da AXC Şərqdə yaranan ilk demokratik dövlət olub. Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında qəbul edilib. Milli Şuranın ilk başçısı isə böyük öndər Məmməd Əmin Rəsulzadə olub.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilib. 10 gün Milli Şura Tiflisdə işləyib, sonra Gəncəyə köçürülüb. Gəncədə Milli Şura öz işini dayandıraraq səlahiyyətlərini hökumətə verib.
Yalnız 1918-ci ilin sentyabrında - Bakı Rusiyapərəst qüvvələrdən alınandan sonra hökumət Gəncədən Bakıya köçüb. AXC Versal sülh konfransında de-fakto tanınıb. AXC-nin ömrü 23 ay sürüb. 1920-ci il aprelin 28-də işğalçı sovet qoşunları Azərbaycana soxularaq ölkəni işğal edib.
1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edərək dövlət müstəqilliyini bərpa edib.-06D-
-
- Analitika
- 27 May 2015 23:17
Siyasət
-
Çeçenistan, Baki-Qroznı marşrutu üzrə hərəkət edən Embraer 190 təyyarəsinin qəzaya uğraması ilə əlaqədar 28 dekabr tarixində matəm günü elan edəcək. Çeçen lideri Ramzan Kadırov tərəfindən imzalanmış fərman yerli "Çeçenya Today" xəbər agentliyi tərəfindən bildirilib.
-
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan xalqına başsağlığı verib
-
Ağ Ev cümə günü bildirib ki, prezident Co Bayden Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyətlə və “baş verənlər barədə məlumatlandırılır”, Turan-ın müxbiri Vaşinqtondan xəbər verir.
-
Plastik cərrahiyyə fəaliyyətinə dair saxta sertifikatların verilməsinə görə Səhiyyə Nazirliyinin məmurlarına cinayət işi açılıb. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin 27 dekabr tarixli birgə məlumatında deyilir.
Rəy yaz