Açiq mənbələrdən foto.
ABŞ Azərbaycanın saxlanılmış erməniləri azad etməsini "alqışlayır"
Vaşinqton/08.02.22/Turan: "Biz Azərbaycanlıların saxlanılmış erməniləri azad etməsini alqışlayırıq", bu qeyd bazar ertəsi, fevralın 7-də ABŞ Dövlət Departamentinin hesabından paylaşılıb.
"Bütün qalan saxlanılan şəxslərin qaytarılmasına və itkin düşmüş şəxslərin, o cümlədən 1990-cı illərdən etibarən itkin düşənlərin tam qeydiyyatının aparılmasına yardım səyləri regionda möhkəm sülh üçün həlledici əhəmiyyətə malikdir", deyə tvitdə qeyd edilir.
Xatırladaq ki, Azərbaycan Qarabağ məsələsi ilə bağlı Fransa və Avropa İttifaqı liderləri ilə danışıqlardan sonra dünən 8 erməni hərbiçini azad edib. -25B-
-
- İqtisadiyyat
- 8 Fevral 2022 10:25
-
- İqtisadiyyat
- 8 Fevral 2022 11:02
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz