ABŞ fəalların 10 il müddətinə azadlıqdan məhrum edilməsindən narahatdır
ABŞ Dövlət departamentinin sözçüsü Con Kirbi tərəfindən verilən bəyanat: “Amerika Birləşmiş Ştatları Azərbaycan məhkəmələrinin geniş şəkildə siyasi motiv hesab olunan narkotik maddələrin saxlanılmasında ittiham olunmuş N!DA hərəkatının fəalları Bayram Məmmədov və Qiyas İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsindən narahatdır. Biz, həmçinin, onların saxlanılan müddətdə pis rəftar olunmaları iddialarından narahatıq. Biz Azərbaycan hökumətini fundamental azadlıqlardan yararlandıqlarına görə həbs olunan cənab Məmmədov, cənab İbrahimov və digər şəxsləri azad etməyə çağırırıq. Biz, həmçinin, Azərbaycan hökumətini dünən Ali Məhkəmə tərəfindən jurnalist Xədicə İsmayılovaya qarşı ölkədən çıxma qadağasına dair qərarını və onun barəsində yerdə qalan ittihamları aradan qaldırmağa çağırırıq”. -0-
-
- Cəmiyyət
- 10 Dekabr 2016 13:57
-
- Söz istəyirəm
- 10 Dekabr 2016 14:31
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz