Açiq mənbələrdən foto.
ABŞ Konqresi Azərbaycana hərbi yardımı məhdudlaşdıran düzəlişləri nəzərdən keçirəcək
Bakı/20.07.20/Turan: Bu gün, iyulun 20-də ABŞ Konqresi 2021-ci maliyyə ili üçün “Dövlət müdafiəsi haqqında" qanuna 66 və 397 saylı düzəlişləri nəzərdən keçirməyi planlaşdırır.
Qanuna 66 saylı düzəlişin müəllifi konqresmen Bred Şermandır. Konqresmenlər Frenk Pallone, Ceki Şpeyer, Adam Şiff və Terrens Con Koks onu dəstəkləyiblər.
Düzəlişə əsasən, “yalnız əgər prezident belə müdafiə predmetlərinin və ya xidmətlərin verilməsinin mülki aviasiyaya təhlükə yaratmadığını Konqresə təsdiq edərsə, bu qanun layihəsi ilə icazə verilən heç bir vasitədən müdafiə predmetlərinin və ya xidmətlərin Azərbaycana verilməsi üçün istifadə edilə bilməz”.
397 saylı düzəliş Frenk Pallone tərəfindən təqdim olunub. Sənəddə Müdafiə Nazirliyindən ABŞ-ın Azərbaycana müdafiə üçün daha öncə təqdim edilmiş 120 milyon dollardan artıq məbləğdə hərbi yardım proqramı haqda hesabatı Konqresə təqdim etmək tələb olunur. Düzəliş layihəsini konqresmenlər Adam Şiff, Bred Şerman, Ceki Şpeyer dəstəkləyiblər.
Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Ambaryan hesab edir ki, bu düzəlişlər Azərbaycanın qarşısını almağa imkan verəcək.
Azərbaycan 30 ilə yaxındır ki, öz torpaqlarını erməni işğalından azad etmək uğrunda mübarizə aparır.
Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası və Demokratiya və Rifah Hərəkatı (ADR) Konqresə müraciət edərək ABŞ-ın regiondakı maraqlarına ziyan vura biləcək bu düzəlişləri qəbul etməməyə çağırıblar.0—
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 302
-
- Bazarların icmalı,
- 14:22
- 248
Rəy yaz