Açiq mənbələrdən foto.
ADR Hərəkatı ABŞ Konqresini “Dövlət müdafiəsi haqqında” qanuna düzəlişləri qəbul etməməyə çağırıb
Bakı/20.07.20/Turan: ADR Hərəkatı ABŞ Konqresini bazar ertəsi müzakirə olunacaq “Dövlət müdafiəsi haqqında” qanuna düzəlişləri qəbul etməməyə çağırıb.
Müraciətdə deyilir: “Ermənistan Rusiyanın hərbi və siyasi dəstəyi ilə Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağı və 7 ətraf rayonu 27 ildir ki, işğal altında saxlayır və BMT Təhlükəsizlik Şurasının bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etmir, Azərbaycanın ərazi bütövlüyünə qəsdini davam etdirir. Ərazilərin işğal olunması nəticəsində Azərbaycanda 1 milyona qədər məcburi köçkün 30 ildən çoxdur ki, yurdlarından didərgin düşüb, tərk etdikləri ərazilərə qayıdacağı günü həsrətlə gözləyir.
1994-cü ildən indiyə qədər davam edən atəşkəs dövründə erməni-rus hərbi qüvvələrinin hucumu nəticəsində onlarla günahsız insan həlak olub, 2017-ci ildə 2 yaşlı Zəhra artilleriya mərmisi ilə öldürülüb, onun ailə üzvləri yaralanıb.
Ermənistan Rusiyanın hərbi və siyasi qüvvələrinin dəstəyi ilə təşkil etdiyi hücumlar nəticəsində Qərbə doğru istiqamətlənən neft və qaz kəmərlərinə ciddi təhlükə yaranıb. Çünki Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Qərb İxrac Neft Boru kəməri (QİBK), Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK), Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri erməni-rus hərbi birləşmələrinin hucum etdiyi Tovuz rayonu ərazisindən keçir. Qaz kəmərləri Türkiyəyə, oradan da TANAP və TAP vasitəsilə Cənubi Avropaya qaz ixracını nəzərdə tutur və bu ilin payızında Avropaya ilkin qaz çatdırılacaq.
Avropaya çatdırılacaq qazın həcmi cari və gələn il üçün planlaşdırılan 16 mlrd. kubmetrdən 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə qədər artacaq. “Dövlət müdafiəsi haqqında” qanuna düzəlişin baş tutacağı halda Avropanın enerji təhlükəsizliyinin təminatına ciddi problemlər yaranacaq və Qərbin enerji bazarı Rusiyadan daha da asılı vəziyyətə düşəcək”.
Odur ki, ADR Hərəkatı Konqres üzvlərini erməni-rus yalanlarına uymamağa və bölgədə Rusiyanın mövqeyini möhkəmləndirməyə xidmət edəcəyini nəzərə alaraq “Dövlət müdafiəsi haqqında” qanuna düzəlişə səs verməməyə çağırıb.0—
-
- Cəmiyyət
- 19 İyul 2020 19:39
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz