![ABŞ Senatı Riçard Morninqstarı Azərbaycana səfir təsdiqləyib](https://turan.az/resized/media/2012/main/062900004260-750-500-resize.webp)
ABŞ Senatı Riçard Morninqstarı Azərbaycana səfir təsdiqləyib
ABŞ Senatı cümə günü ümumi iclasında Riçard Morninqstarı Azərbaycana səfir postuna təsdiqləyib. Bu barədə Turan-ın müxbirinə Senatdakı mənbə məlumat verib.
Morninqstardan başqa ABŞ-ın Birma, Qambiya, Nepal, Monqolustan, Mikroneziya, Ekvatorial Qvineya, Maldiv, Mozambik, Surinam və Tacikistanda səfirləri təsdiqlənib.
Prezident Obama apreldə Morninqstarı Azərbaycana səfir təyin edib. İki həftə əvvəl Senatın Xarici Əlaqələr Komitəsi bu təyinatı təsdiqləyib.
Yeni səfir yaxın həftələrdə öz missiyasına başlayacaq.
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz