Apellyasiya Məhkəməsi fəallar İlkin Əmrahov və Fərid Mehralızadənin şikayətlərini təmin etməyib
Apellyasiya Məhkəməsi fəallar İlkin Əmrahov və Fərid Mehralızadənin şikayətlərini təmin etməyib
Bu gün Bakı Apellyasiya Məhkəməsi "Toplum TV işi" üzrə həbsdə olan fəal İlkin Əmrahovun həbs müddətinin uzadılması ilə bağlı şikayətə baxıb.
Şikayət Əmrahovun ilkin həbs müddətinin oktyabrın 6-dək uzadılması ilə əlaqədar verilib.
Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib, fəalın vəkili Rövşən Rəhimova Turan-a bildirib.
O deyib ki, müdafiə tərəfi Əmrahovun barəsində Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 5-ci maddəsinin (azadlıq və şəxsi toxunulmazlıq hüququ) pozulması ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.
Bu gün Apellyasiya Məhkəməsi iqtisadçı Fərid Mehralızadənin ev dustaqlığına buraxılmasından imtina şikayətini də təmin etməyib. O, "Abzas Media işi üzrə" həbs edilib.
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz