ATƏT saxta məlumatlara qarşı konfrans keçirir
Tbilisi/10.05.17/Turan: Mayın 10-11-də Gürcüstanda ATƏT-in hümayəsilə "Saxta məlumatlar, dezinformasiya və KİV azadlığı" adlı 14-cü Cənubi Qafqaz konfransı keçirilir.
Konfrans demək olar ki, ATƏT-in KİV-də təbliğat problemlərinə həsr olunan 2015-ci il Vyana konfransının davamıdır və informasiya məkanında manipulyasiya probleminin dərinləşməsini xarakterizə edir.
"KİV xəbərlərdə dəqiqlik və dürüstlüyü əsas götürməli, təbliğata yol verməməlidir", - ATƏT-in KİV azadlığı üzrə Bürosunun icraçı direktoru Frane Maroeviç konfransın açılışında bildirib. O qeyd edib ki, konfransın yekunlarına görə təbliğatın qarşısının alınması üçün tövsiyələr təqdim olunacaq.
ATƏT-də sədrlik edən Avstriyanın səfiri Arad Benko deyib ki, tövsiyələr realizasiya mexanizmi ilə möhkəmləndirilməlidir. Məqsəd KİV-in müstəqilliyinin gücləndirilməsi üçün hökumətlə media arasında komminikasiyaya nail olmaqdır.
Avropa Jurnalistlər Federasiyasının vitse-prezidenti Nadejda Ajqixina cəmiyyətdə mətbuata olan inamın möhkəmləndirilməsi üçün federasiyanın üç tövsiyəsini açıqlayıb.
"Hesab edirik ki, jurnalistlər həqiqət prinsipinə əməl etməli, müstəqil olmalı və öz hərəkətləri ilə zərər vurmamalıdır Həmçinin KİV-də və cəmiyyətdə özünütənzimlənməni inkişaf etdirməli, düşmənçilik dilinə qarşı kampaniya aparmalı, araşdırma jurnalistikası təcrübəsini inkişaf etdirməlidir", - o bildirib.
"Təbliğatın və yalanın çoxluğunun qarşısının alınması üzrə tədbirlərin vacibliyi həm də hökumətlərin jurnalistlərə nəzarət etmək və onların fəaliyyətini yönləndirmək istəyi nəticəsində formalaşan aqressiv mühitin gücləndirilməsindən irəli gəlir", - Litva Jurnalistlər İttifaqının rəhbəri Dayniyus Radzeviçiyus bildirib.
Konfrans davam edir.-0-
Siyasət
-
Noyabrın 15-də zoomüdafiəçi Kamran Məmmədli COP29 iqlim konfransı ərazisində etiraz aksiyası keçirərkən saxlanılıb. O, küçə itlərinin vurulmasına etiraz edib.
-
"Abzas Media"nın həbsdə olan jurnalistlərin təzyiqə məruz qaldıqları bildirilir. Jurnalistlərin yaxınlarının məlumatına görə, Nərgiz Absalamova saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında noyabrın 14-də nəzarətçi tərəfindən təhqirə məruz qalıb.
-
Noyabrın 15-də Tbilisi Şəhər Məhkəməsi Azərbaycanın Azel.Tv saytının rəhbəri Əfqan Sadıqovun Gürcüstanda siyasi sığınacaq almaq müraciətinə imtina cavabı ilə bağlı şikayətinə mahiyyəti üzrə baxıb.
-
ABŞ uzun müddətdir ki, Azərbaycanla energetika və fosil yanacaq tullantıları üzrə əməkdaşlıq edir. Əsasən, söhbət CO2 karbon dioksid tullantılarını azaldan və təmiz enerjiyə keçidə kömək edən texnologiyalardan gedir. Bu barədə noyabrın 15-də Bakıda COP29 zamanı mətbuat konfransında ABŞ-ın energetika naziri Cennifer M.Qranholm Turan-ın “Bərpa olunan və yaşıl enerjiyə keçiddə ABŞ Azərbaycana necə kömək edə bilər? sualının cavabında deyib
Rəy yaz