Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı ərizəçilərə təxminən 1,7 milyon avro ödənilməsi barədə qərar çıxarıb
Yanvarın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı yeni qərarını elan edib. Qərar əsasən vətəndaşların mülkiyyət hüququnun pozulmasına aid olub.
Əsasən, "İsmayıl Bağvanov və başqaları Azərbaycana qarşı" işi üzrə hökm çıxarılıb.
Bu işdə Bakıda "Qış parkı"nın tikintisi zamanı evlərinin sökülməsindən narazı qalan 14 vətəndaşın şikayətləri birləşdirilib.
Ərizəçilər mülkiyyət və ədalətli məhkəmə çəkişməsi hüququnun pozulduğunu göstəriblər.
Bütün ərizəçilərlə bağlı məhkəmə onların mülkiyyət hüquqlarının pozulduğunu tanıyıb. Daha 4 ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu tanınıb.
Avropa İnsan Hüquqları Məhkəməsi bütün ərizəçilərə maddi ziyana görə 12 min avrodan 370 min avroya qədər – cəmi 1 milyon 693 min 892 avro məbləğində təzminat ödənilməsi barədə qərar qəbul edib.
Daha 4 ərizəçi mənəvi ziyana görə 4700 avro alacaq.
Bundan əlavə, bütün ərizəçilərə poçt və digər xərclərin ödənilməsi üçün birlikdə 692 avro ödəniləcək.
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz