AXCP fəalının qapalı həbsxanaya keçirildiyi bildirilir
AXCP fəalının qapalı həbsxanaya keçirildiyi bildirilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə şəhər təşkilatının fəalı Şahin Hacıyevin qapalı həbsxanaya köçürüldüyü bildirilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Şahin Hacıyev AXCP üzvü kimi seçkiləri boykot etdiyinə görə ard-arda iki dəfə karserə (cərimə təcridxanası) salınıb.
"Sonra isə 3 ay ərzində digər məhbuslarla ünsiyyətdən təcrid olunub. Görünür, sonra gizli məhkəmə keçirib Şahin Hacıyevin ümumi rejimli cəzaçəkmə növünü dəyişərək, onu Qobustan Qapalı Həbsxanasına göndəriblər", deyə məlumatda qeyd edilir.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
* Şahin Hacıyev 2021-ci ilin noyabrında narkotik ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
-
- Cəmiyyət
- 18 Aprel 2024 17:08
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz