Azərbaycan prezidentinin Avropa Şurası baş katibinin müavini ilə görüşü
Bakı/02.05.19/Turan: Bu gün prezident İlham Əliyev Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqonini qəbul edib.
Görüş zamanı Azərbaycanın "Bakı Prosesi" vasitəsilə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfəsi qeyd olunub.
Söhbət zamanı Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın inkişafı, həmçinin bu beynəlxalq təşkilatın gündəliyinə daxil olan bəzi məsələlər müzakirə edilib.-06D--
-
- İqtisadiyyat
- 2 May 2019 16:42
Siyasət
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayonu şöbəsinin fəalı Əlisahib Kərimov yanvarın 10-da Nizami metrostansiyasında saxlanılaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə günahlandırlaraq 30 sutka inzibati həbsə məhkum edilib.
-
Müstəqil jurnalist Xanım Mustafayeva yanvarın 11-də Azərbaycandan xaricə gedə bilməyib. Bakı hava limanında ona bildiriblər ki, qadağa Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Lakin jurnalistin hüquqlarının məhdudlaşdırılmasının səbəbləri ona izah edilməyib.
-
Məşhur iqtisadçı və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.
-
Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə növbəti iclas gərgin atmosferdə keçib.
Rəy yaz