Azərbaycan Xocalı soyqırımının 22-ci ildönümünü qeyd edir
Bu gün Azərbaycanda Xocalı soyqırımının 22-ci ildönümü qeyd edilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni separatçıları tərəfindən işğal edilib.
Bu gün prezident İlham Əliyev və digər dövlət rəhbərləri, hökumət üzvləri, parlament deputatları, ictimaiyyət nümayəndələri paytaxtın Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül qoyur və həlak olanların xatirəsini yad edirlər. Abidənin bünövrəsində həlak olanların adları həkk olunub.
İşğalçılar şəhəri ələ keçirərək qadınlar (o cümlədən hamilə qadınlar), uşaqlar və qocalar da daxil olmaqla, yüzlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Dinc əhalinin qətlə yetirilməsi daha bir neçə gün davam edib, azğın işğalçılar əsirlərə işgəncə verir və onları öldürür, qadınları və uşaqları zorlayır, hərbi əsirlərin başlarını kəsir və asırdılar.
Ümumilikdə, 600-dən çox silahsız insan qətlə yetirilib, onların 106 nəfəri qadın, 83 nəfəri uşaq idi. Minlərlə insan müxtəlif dərəcəli əlil olub (76 nəfəri yetkinlik yaşına çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Xocalı faciəsinin dəhşətləri yerli və xarici jurnalistlər tərəfindən çəkilmiş foto və videokadrlarda əksini tapıb.
İnsanlığa qarşı bu cinayətləri törədən erməni separatçıları və rus zabitlərinin adları müəyyən edilib. Onlar hamısı hələ də azadlıqdadır və Rusiya, Ermənistan və Qarabağda yaşayırlar.
Azərbaycan hərbi prokuroru Xanlar Vəliyevin dünən verdiyi məlumata görə, Xocalıda soyqırımla əlaqədar 287 nəfər barəsində axtarış elan edilib.
Azərbaycan Milli Məclisi bir neçə dəfə dünya ictimaiyyəti, hökumətlər və parlamentlərin ünvanına Ermənistan rəhbərlərinin təşkilatçısı olduğu Xocalı soyqırımını tanımaq və pisləmək çağırışı ilə xüsusi bəyanatlar qəbul edib.
Hər il Ermənistan tərəfi törədilmiş cinayətlərə bəraət qazandırmağa və ya onların əhəmiyyətini kiçiltməyə cəhd edir. Xocalı hadisələrini hakimiyyət uğrunda mübarizənin nəticəsi kimi təqdim etmək və kütləvi qətllərə görə günahı Azərbaycan tərəfin üzərinə qoymaq cəhdləri olur. Bunun səbəblərindən biri Ermənistanın bugünki rəhbərliyinin həmin cinayətlərdə bilavasitə iştirakıdır. Belə ki, Ermənistanın hazırki və sabiq prezidentləri Serj Sarkisyan və Robert Koçaryan bu cinayətlərin bilavasitə iştirakçısı olublar, Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə Xocalını işğal edən birləşmələrdən birinə rəhbərlik edib.
Çoxsəyli sənədli faktlar, o cümlədən yerli və əcnəbi jurnalistlər tərəfindən çəkilmiş foto və videomateriallar, şahidlərin dəlilləri kütləvi qətllərin Xocalı şəhərinin özündə və ermənilərin nəzarəti altında olan ərazilərdə baş verdiyini sübut edir. Əsir və girov götürülmüş xocalılara qarşı işgəncələri də təkzib etmək mümkün deyil.
Beynəlxalq konvensiya və beynəlxalq humanitar hüquq normaları pozulmaqla, əsirlər görülməmiş vəhşiliklərə məruz qalıblar. Onların başının dərisi soyulur, qulaqları, burunları, cinsiyyət orqanları kəsilir, erməni məzarlarında azərbaycanlıların başı “qurban” kimi kəsilirdi.
İldən-ilə bütün dünya Xocalı soyqırımı haqqında daha çox həqiqətləri öyrənir. Bütün dünyada azərbaycanlıların çoxsaylı diaspora və tələbə təşkilatları dünya ictimaiyyətindən Xocalı soyqırımını tanımaq və pisləmək tələbi ilə aksiyalar keçirir. Bu aksiyalarda iştirak edən başqa dövlətlərin vətəndaşları getdikcə artır.
Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində Çexiya parlamentinin Xarici İşlər Komitəsi, Arkanzas və Nyu-Meksiko ştatlarının qanunverici orqanları bu hadisələri kütləvi qətl və insanlığa qarşı cinayət kimi tanıyıblar. Bundan əvvəl isə Meksika parlamentinin Senatı və Nümayəndələr Palatası, Pakistanın parlament komitəsi Xocalı soyqırımını tanıyıb. -0-
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz